Azərbaycan yığması Qazaxıstan futbolçularına dərs keçdi - FOTO
13.07.2010 - 12:33
Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası dünya çempionatının qrup mərhələsinin son görüşünü qələbə ilə başa vurub. Apasport.az saytının məlumatına görə, Qazaxıstan millisi ilə qüvvəsini sınayan futbolçularımız rəqibi “top” atəşinə tutublar.
Belə ki, Asiya təmsilçiləri Emil Cabbarovun yetirmələrinin 9 qoluna cəmi 2 dəqiq zərbə ilə cavab veriblər. Yığmamızın heyətində Elvin Quliyev poker, Hikmət Bağırov het-trik və Müslüm Hüseynov dubl ediblər.
Bu qələbədən sonra komandamızın aktivində 6 xalı var. İtaliyanın Bibiano şəhərində keçirilən seçmə mərhələnin ilk oyununda Çexiyaya qalib gələn (5:4) futbolçularımız sonra Fransaya məğlub olublar (8:10).
Qeyd edək ki, 7 qrupda təşkil edilən oyunlardan sonra ilk iki pilləni tutacaq yığmalar və üçüncü yerin sahibləri arasında ən yaxşı iki komanda növbəti mərhələyə yüksələcək. Azərbaycan yığmasının qrupda tutacağı yer isə bu gün keçiriləcək Fransa və Çexiya oyunundan sonra müəyyənləşəcək.

0
0