Aleksandr Melaşenko Azərbaycanda klub axtarır
19.07.2010 - 11:00
Ukrayna yığmasının və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Melaşenko Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, bir müddət öncə Bakının AZAL komandasına baxışda olmuş 31 yaşlı hücumçu yenidən ölkəmizə tutur.
O, ölkə mətbuatına müsahibəsində bildirib ki, Azərbaycan çempionatının iştirakçısı olmaq ümidini itirmir. Özü də son vaxtlar vilayət çempionatında “Yeni həyat” komandasında oynayan futbolçu peşəkar səviyyəyə qayıtmaq istəyir: “Mən “Yeni həyat”da pulsuz oynayıram. Vilayət çempionatı səviyyəsində futbolçuların aldıqları qonorar məni maraqlandırmır. Bu həftə Azərbaycana yollanacağam. Ola bilsin ki, Qafqazda elita klublarından biri ili müqavilə bağlayacağam”.
Qeyd edək ki, Kiyev “Dinamo”sunda həm ölkə çempionluğu, həm də kubok qazanan Melaşenko məşhur Andrey Şevçenko 1999-cu ildə “Milan”a transfer olunan zaman onun yerinə alınmışdı.

0
0