Tuyqun Nadirov: Mircavadov çoxdan getmək istəyirdi
19.07.2010 - 11:18
“Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Komandanızın yeni baş məşqçisi, rumıniyalı Mirça Rednik Azərbaycana nə vaxt gələcək?
- O, artıq Bakıdadır. Dünən gecə saatlarında ölkəmizə gəlib.
- Bəs klubla ilk məşqə nə vaxt çıxacaq?
- Onun istəyi ilə futbolçular 2 gün ərzində tibbi müayinədən keçəcəklər. Sonra fiziki testlər götürüləcək. Məşqlərə başlayacaqları tarixi Rednik özü müəyyənləşdirəcək.
- Artıq yeni baş məşqçinin bir neçə futbolçu ilə danışıqlar aparması barədə mətbuatda xəbərlər dərc olunub...
- Əlbəttə, yeni baş məşqçinin gəlişindən sonra komandada iş aparılacaq. Ancaq bu gün hansısa futbolçuya görə heç bir klubla danışıq aparmırıq. Mən də bu haqda mətbuatdan oxumuşam. O, sərəncamında görmək istədiyi bəzi oyunçuların adını açıqlayıb. Lakin baş məşqçi əvvəl heyətlə tanış olmalı, hansı mövqeyi gücləndirməyə ehtiyac olduğunu müəyyənləşdirməlidir. Bundan sonra danışıq aparmaq olar.
- Niyə məhz Mirça Rednikə üstünlük verdiniz? Başqa namizədlər var idi?
- Siyahıda çox məşqçinin adı var idi. Niyə məhz Redniki seçməyimizi deyə bilmərəm. Bu haqda klubun prezidenti qərar verib. Həm də Rednik işlədiyi klublarda yaxşı nəticələr qazanıb. Bilirsiniz, bu gün İspaniya, Almaniya, Portuqaliya kimi ölkələrdə çalışmış mütəxəssislər var. Gəlin görək, onlar öz ölkələrinə hansı xeyri veriblər. Rednik də yaxşı futbolçu olub. Məşqçi kimi nəyə qadir olduğu göz qabağındadır.
- Deyilənə görə, Rednik Avropa Liqasının I təsnifat mərhələsində komandanızın Kişinyovda “Olimpiya” ilə oyununu izləyənlər arasında olub...
- Xeyr. Bir ara xorvatiyalı məşqçi ilə anlaşmağımız haqqında da yazdılar. Ağasəlim Mircavadovun istefasına qədər heç bir mütəxəssislə danışıq aparmamışıq. Çünki Mircavadovun postundan ayrılması bizim üçün gözlənilməz oldu.
- Bəs Rednikin köməkçiləri kimlər olacaq?
- Özü ilə bir məşqçi gətirəcək. Həmin mütəxəssis fiziki hazırlığa cavabdeh olacaq. Hafiz Əliyev isə qapıçılarla işləyən məşqçi kimi fəaliyyətini davam etdirəcək.
- Son mövsüm başa çatdıqdan sonra Vurğun Hüseynovla ilkin müqavilə imzalasanız da, onun keçidi hələ də rəsmiləşməyib. Problem nədir?
- Bir məsələni qeyd edim ki, bu gün bəzi mətbuat orqanlarında yazırlar ki, Vurğuna görə filan məbləğdə pul ödənilib. Biz onunla ilkin müqavilə imzalamışıq. Nə futbolçuya, nə də “Turan”a pul ödəmişik. Hazırda “Turan” rəhbərliyi ilə danışıqlar gedir. Əvvəlki rəhbərlik onu bizə təmənnasız buraxacağına söz vermişdi. Sonradan rəhbərlik dəyişdi. İndi onlar müdafiəçini komandada saxlamaq istəyirlər. Yerli futbolçulara, xüsusilə də öz yetirmələrinə üstünlük verdiklərindən bu addımı atırlar. Hələ məsələ açıq qalıb. Danışıqlar davam edir. Ola bilsin, futbolçunun keçidinin baş tutması üçün kompensasiya ödəyək. Bu hadisələrin gedişindən asılıdır. Ancaq məsələnin müsbət sonluqla bitəcəyinə inanıram.
- Ağasəlim Mircavadovun istefasından sonra komandadan ayrılan futbolçu varmı?
- Hələ heç kimlə yollarımızı ayırmamışıq. Təbii ki, klubumuza gələn futbolçular həmişə baş məşqçinin istəyi ilə transfer olunublar. Onun istəyi əsas olub. Yenə elə olacaq. Yeni baş məşqçi komanda ilə tanış olduqdan sonra qərarını verəcək. Ancaq bu gün müqaviləsi davam edən futbolçuların heç biri komandanı tərk etməyib.
- “Olimpiya” ilə oyundan sonra klubun imicinə zərbə vuracaq fikirlər səslənməyə başladı. Yəni, futbolçuların qəsdən oynamadığını, məqsədin isə Ağasəlim Mircavadovu istefaya göndərmək olduğu deyilirdi. “Xəzər-Lənkəran” rəhbərliyi isə buna rəsmi şəkildə heç bir mövqe bildirmədi.
- Oyunu izləyənlər arasında kifayət qədər jurnalist var idi. Heyətdə əcnəbi futbolçular da var idi, yerli oyunçular da. Meydana qarışıq heyət çıxmışdı. Belə olan təqdirdə, hansı futbolçuya “oynama” demək olar? Bu əsası olmayan sözlərdir. Bütün futbolçularımız Mircavadovun xətrini istəyirlər. Ağasəlim müəllim çoxdan - hələ mövsüm başa çatan kimi komandadan getmək istəyirdi. Sadəcə, futbolçular onu fikrindən daşındırdılar. O, zəif məşqçi olsaydı, “Xəzər-Lənkəran”la 4 kubok (Azərbaycan çempionu, 2 dəfə ölkə kuboku, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”) qazanmazdı. Bu gün hər şeyi baş məşqçinin üzərinə yıxmaq olmaz. Mərhələ keçə bilməməyimizdə əsas pay sahibi futbolçulardır.
- Braziliyalı legioneriniz Dieqo Souzanın klubdan ayrılması doğrudurmu?
- O, iyulun 21-də Bakıda olacaq. Ailəsində ciddi problemlərin olduğunu deyib. Bizdən icazə almayıb. Peşəkar futbolçu kimi, komandanın toplanışına qatılmalı idi. Ancaq bunu etmədi. Təbii ki, mütləq cəzalandırılacaq. Məsələn, bizdə məşqə 5 dəqiqə gecikən futbolçuya cərimə kəsilir, o ki qaldı bu qədər müddətdə komandaya qoşulmayan oyunçu ola.

0
0