Azərbaycanlı FİFA hakimini həvəskarların yanına göndərirlər
20.07.2010 - 11:16
Azərbaycanlı FİFA hakimini həvəskarların yanına göndərirlər
Azərbaycanlı FİFA hakimi Anar Salmanov növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı ədalət təmsilçisi həvəskar komandalar arasında Regionlar Kubokunun oyunlarında fit çalacaq. Salmanov avqustun 2-dən 8-dək Polşada keçiriləcək 7-ci qrupunun oyunlarında iştirak edəcək. Bu qrupda Polşa, Finlandiya, Rusiya və Belarus komandaları mübarizə aparacaq.

Mənbə: affa.az