Rəqibimiz İtaliyanı məğlub edib, İspaniyanı gözləyir
20.07.2010 - 11:32
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, 2010/11 mövsümünün I seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığması da Fransadakı turnirdə ilk oyununa çıxıb.
Kriştiano Ronaldonun həmyerliləri İtaliya futbolçuları ilə görüşüblər. Rəqibimiz bu matçda 2:0 hesabı ilə qələbə qazanıb. Hesabı 53-cü dəqiqədə Nilson Oliveyra açıb. Cəmi 8 dəqiqə sonra Serjio Oliveyra komandasının ikinci qoluna imza atıb. Pireneylilər sabah keçiriləcək ikinci turda İspaniya millisi ilə görüşəcək.
Qeyd edək ki, payızda növbəti Avropa çempionatının ilkin seçmə mərhələsinə start veriləcək. Yığmamız Portuqaliya ilə yanaşı, Gürcüstan və Yunanıstanla gücünü sınayacaq. Qrup mərhələsinin oyunları Portuqaliyada təşkil ediləcək.

0
0