“Turan” baxışa gələn moldovalı futbolçunu komandada saxladı
20.07.2010 - 11:50
“Mövsümlərarası fasilədə ilk yoxlama oyunumuz idi. Bunu nəzərə alsaq, oyunun pis keçmədiyini deyə bilərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Sakit Alıyev deyib.
Yeni mövsümün hazırlığını Bakıda davam etdirən Tovuz təmsilçisi dünən Sakit Alıyevin yenidən baş məşqçi təyin edilməsindən sonra ilk yoxlama oyununa çıxıb. Sparrinq-rəqib Premyer Liqada mübarizə aparacaq MOİK olub. Azərbaycan Beynəlxalq Universitetinin stadionunda baş tutan oyunda qələbəni əyalət klubu bayram edib. Yeganə topu rəqib qapısından moldovalı Viktor Marian keçirib.
Baxışa dəvət edilən futbolçular barədə fikirlərini bildirən baş məşqçi onlardan yalnız birini saxladıqlarını açıqlayıb: “Təxminən 7-8 legioner baxışa gəlib. MOİK-lə oyunun əvvəlində onlara şans verdim. Sonra isə öz uşaqlarımızı oyuna buraxdım. Sözün düzü, yerli uşaqlar əcnəbilərdən daha yaxşı çıxış edirdi. Baxışda olan futbolçulardan Marian nisbətən fəallığı ilə seçilirdi. Moldovalı hücumçu digərləri ilə müqayisədə bir qədər məsuliyyətli və çevikliyi ilə diqqəti cəlb edir. Hələlik onu komandada saxladıq. “Qəbələ” ilə matçda yenidən yoxlayacağıq. Bu gün daha bir braziliyalı hücumçu məşq prosesinə qatılıb”.

0
0