Uels – Azərbaycan görüşünün vaxtı dəqiqləşdi
20.07.2010 - 11:57
Uels – Azərbaycan görüşünün vaxtı dəqiqləşdi
Qadınlardan ibarət Azərbaycan milli komandasının növbəti oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 21-də keçiriləcək Uels – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüş Nyutaundakı “Letem Park” stadionunda keçiriləcək.

Mənbə: affa.az