Klublar oyundan dərhal sonra hakimlərə pul ödəyəcək!
20.07.2010 - 12:10
Rumıniya Futbol Liqası yeni qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, yeni qərara əsasən, ölkə çempionatının oyunlarından sonra matçı idarə edəcək hakimlərə klublar yerindəcə qonorar ödəyəcəklər.
Rumıniya Liqasının rəhbəri Dumutru Draqomir bildirib ki, komandalar növbəti mövsümə yeni qayda ilə başlayacaqlar. Onun sözlərinə görə, qarşılaşma başa çatdıqdan sonra komanda rəhbərlərinin pulu dərhal verməsələr, növbəti görüşə buraxılmayacaqlar: “Komandalar hakimlərə qonorarı Futbol Federasiyası vasitəsi ilə ödəyirdilər. Lakin mövsümün başa çatmasına baxmayaraq, hələ də bəzi klublar ədalət təmsilçilərinin “borcundan” çıxmayıblar. Bunun üçün qərara aldıq ki, ödəmələr oyundan sonra nağd şəkildə olsun. Belə olarsa, hamısı dərhal pulu verəcəklər. Burada borclu qalmaq söhbəti olmayacaq. Əgər belə hal baş versə, həmin komanda növbəti oyuna buraxılmayacaq”.

0
0