“Lex” Azərbaycan çempionu ilə oyuna itki ilə çıxır
20.07.2010 - 12:22
Çempionlar Liqasının II təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyununda “İnter”lə görüşəcək Polşa çempionu “Lex” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Poznan təmsilçisi aparıcı oyunçularından olan Tomaş Bandrovskinin xidmətindən məhrum olub. 26 yaşlı yarımmüdafiəçi bakılılarla cavab matçında meydana çıxa bilməyəcək.
Buna Tomaşın məşqdə aldığı zədə səbəb olub. “Lex”in baş məşqçisi Yatsek Zelinski yetirməsinin aldığı xəsarətin ciddi olmamağı ilə təsəlli tapır: “Yaxşı ki, Tomaşın zədəsi o qədər də ciddi deyil. O, ayın sonuna kimi məşqlərə başlaya biləcək. Əgər biz “İnter”i keçsək, Bandrovski “Sparta” ilə oyunlarda iştirak edə biləcək. Onun sağalması üçün vaxt lazımdır. Təəssüf ki, bu da yoxdur. Onsuz keçinməli olacağıq”.
Qeyd edək ki, “Lex” – “İnter” cütünün qalibi III təsnifat mərhələsində “Sparta” (Çexiya) – “Metallurq” (Latviya) duelində üstün olan komanda ilə üz-üzə gələcək.

0
0