“Azərbaycan çempionu düşündüyümüzdən də təhlükəli rəqibdir”
21.07.2010 - 11:00
“Azərbaycan çempionu düşündüyümüzdən də təhlükəli rəqibdir”
“İnter”ə qarşı necə oynamalı olduğumuzu çox yaxşı bilirik. Biz cavab görüşündə də mütləq qələbə qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Dimitriye İnyaç deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək cavab qarşılaşması barədə fikirlərini açıqlayıb. İnyaç Bakının “İnter” klubunu yenə məğlub etmək fikrində olduqlarını bildirib: “Yaxşı ki, orada 1:0 hesabı ilə qalib gəlmişik. “İnter” bizim düşündüyümüzdən də təhlükəli rəqibdir. Lakin düşünürəm ki, cavab oyununda da biz qalib gələcəyik”.