“Neftçi” A seriyasında qol vuran futbolçunu transfer edə bilər
21.07.2010 - 11:17
“Neftçi” daha bir braziliyalı futbolçunu transfer etməyə yaxındır. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Qremio Prudente”nin yarımmüdafiəçisi Flavinyonu danışıqlara dəvət edib.
Flavinyo bu günlərdə Bakıya gəlib, danışıqlara başlayacaq. O, müdafiəçi Denis Silvadan sonra “Qremio Prudente”nin “Neftçi”yə keçən ikinci futbolçusu ola bilər.
2008-ci ildən bu klubda oynayan Flavinyo əvvəllər vətənində “Qama”, “Parana”, “Universidad”, “Araçatuba”, CENE komandalarının şərəfini qoruyub. Flavinyo 2004-cü ildə Cənubi Koreyanın “Seonqam” klubunda legioner həyatı da yaşayıb.
27 yaşlı orta sahə oyunçusu cari mövsüm San-Paulu ştatının çempionatında 19 matça çıxaraq, 3 qol vurub. Braziliya çempionatının A seriyasında isə 6 görüşdə 1 qol vurub. Flavinyo “Atletiko Mineyro” ilə görüşdə fərqlənib.

0
0