Avstriya yığması ilə görüş saat 23:30-da başlayacaq
21.07.2010 - 12:13
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin səfərdə keçirəcəyi ikinci oyunun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Avstriya və Azərbaycan yığmalarının oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Oktyabrın 8-də keçiriləcək qarşılaşma Vyanadakı “Ernst Happel Stadium”da baş tutacaq.
Qeyd edək ki, Berti Foqtsın yetirmələri A qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan yer alıblar.
Mənbə: affa.az

0
0