Millimizin rəqibləri məlum oldu
21.07.2010 - 12:45
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, Hollandiyanın Den Haaq şəhərində təşkil olunan “Crocs Challenge Cup” turnirində iştirak edən yığmaların tam siyahısı dəqiqləşib.
Emil Cabbarovun yetirmələri ilə yanaşı, daha 7 milli komanda bu yarışda qüvvəsini sınayacaq. Yığmamızdan başqa Hollandiya, İngiltərə, Almaniya, Türkiyə, Norveç, Çexiya və Andorra da kubok uğrunda mübarizəyə qoşulacaq.
Qeyd edək ki, “Crocs Challenge Cup” turniri iyulun 22-26-da keçiriləcək.

0
0