Bu il Oman, gələn il Azərbaycan
21.07.2010 - 13:09
Bu il Oman, gələn il Azərbaycan
Avro-2012-nin seçmə qrup mərhələsində millimizlə A qrupda yer alan Qazaxıstan yığması yoxlama görüşü keçirmək üçün rəqib tapıb. Apasport.az saytının məlumatına görə, qazaxlar avqustun 11-də Oman millisini qəbul edəcəklər. Oyun Astana şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan milli komandaları arasında görüşlər gələn il baş tutacaq. İyunun 3-də Astanaya səfər edəcək yığmamız cavab oyununu sentyabrın 6-da Bakıda keçirəcək.