Qazaxıstan Futbol Federasiyasının baş katibi Bakıya gəlib
22.07.2010 - 10:52
Qazaxıstan Futbol Federasiyasının baş katibi Bakıya gəlib
Qazaxıstan Futbol Federasiyasının baş katibi Sayan Hamitcanov Bakıya gəlib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Hamitcanovun səfərinin məqsədi futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafı, futbolda təhsilin səviyyəsinin yüksəldilməsi, infrastrukturun müasir tələblərə cavab verən şəkildə qurulması istiqamətində AFFA-nın həyata keçirdiyi tədbirlərlə tanış olmaq, iki ölkənin futbol federasiyaları arasında əməkdaşlığın, təcrübə mübadiləsinin gücləndirilməsidir. AFFA-nın baş katibi Elxan Məmmədov qazaxıstanlı həmkarı Sayan Hamitcanovla görüşüb, qeyd olunan məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.