Fabio Luis Ramim: Bu, bizim üçün mövsümün ən əhəmiyyətli oyunudur
22.07.2010 - 11:04
“Bu, bizim üçün mövsümün ən əhəmiyyətli oyunudur. Çünki “Buduçnost”la çox vacib oyuna çıxırıq”. Bu sözləri apasport.az saytının Çernoqoriyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Bakı” klubunun futbolçusu Fabio Luis Ramim deyib.
Paytaxt təmsilçisinin braziliyalı legioneri Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Çernoqoriyanın “Buduçnost” klubu ilə qarşılaşma ərəfəsində fikirlərini açıqlayıb: “Matça çox yaxşı hazırlaşmışıq. Bir həftə əvvəl olduğu kimi, yaxşı oynayıb, nəticə qazana bilərik. Səfər qarşılaşmaları həmişə çətin olur. Çünki bu, avrokubok matçıdır. Lakin inanıram ki, biz lazım olan nəticəni qazanacağıq. “Bakı” yeni baş məşqçisi Vinfred Şaferin rəhbərliyi altında daha da güclənib. O, yaxşı komanda yaradıb”.
Qeyd edək ki, “Bakı” ötən həftə keçirilən ilk oyunda “Buduçnost”u 2:1 hesabı ilə məğlub edib.

0
0