“Buduçnost” – “Bakı” matçı canlı yayımda!
22.07.2010 - 11:15
“Buduçnost” – “Bakı” matçı canlı yayımda!
Futbol azarkeşləri Avropa Liqasının II təsnifat mərhələsində bu gün keçiriləcək “Buduçnost” – “Bakı” qarşılaşmasına baxa biləcəklər. Apasport.az saytının məlumatına görə, Çernoqoriyanın paytaxtı Podqoritsanın "Pod Qoritsom" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:55-dən etibarən “İdman-Azərbaycan” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Xatırladaq ki, ilk görüşdə "Bakı" 2:1 hesablı qələbə qazanıb.