Saşa Kaykut: Yenə qol vurmağa çalışacağam
22.07.2010 - 11:51
“Buduçnost”la oyun ərəfəsində dəqiq deyə bilərəm ki, meydanda 100 faiz gücümüzü qoyacağıq”. Bu sözləri apasport.az saytının Çernoqoriyaya ezam olunmuş müxbirinə açıqlamasında “Bakı” klubunun futbolçusu Saşa Kaykut deyib.
Bosniya və herseqovinalı hücumçu Avropa Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək cavab oyunu ərəfəsində “Buduçnost”la matç haqda fikirlərini açıqlayıb: “Düşünürəm ki, qalib gələcəyik. Buradakı ab-hava mənə çox tanışdır. Axı uzun illər eyni ölkəni, sabiq Yuqoslaviyanı təmsil etmişik. “Buduçnost” yaxşı komandadır. Onlar bir qol vurub, növbəti mərhələyə vəsiqə qazanmağa çalışacaqlar. Onların öz azarkeşləri tərəfindən boykot olunmasının bizə heç bir təsiri yoxdur. Mən də Bakıda olduğu kimi, qol vurmağa çalışacağam”.

0
0