Baş məşqçi İlqar Qurbanovdan razı qaldı
27.07.2010 - 16:21
Baş məşqçi İlqar Qurbanovdan razı qaldı
Türkiyənin Bank Asiya I liqasında mübarizə aparan “Mersin İdman Yurdu” Kızılcahamamda təlim-məşq toplanışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın sabiq futbolçuları İlqar Qurbanov və Ernani Pereyranın forma geyindiyi Mersin təmsilçisi hazırlıqlarını Avstriyada davam etdirəcəklər.

Avqustun 6-dək burada məşq edəcək komandanın baş məşqçisi Yüksel Yeşilova bildirib ki, futbolçularından, xüsusilə də yeni transferlərdən razıdır: “İlk 2 mərhələdə - 26 gündə uğurlu hazırlıq keçdik. Bu məşqlərdə bütün futbolçular, o cümlədən yeni transferlər özlərini göstərmək üçün şans qazandılar. Fikrimcə, onlar hamısı komandaya lazım olduqlarını sübut etdilər”.

Qeyd edək ki, “Mersin” Avstriyada bir neçə güclü komanda ilə sınaq matçı da keçirməyi planlaşdırır.