“Xəzər-Lənkəran” 4 rumıniyalı futbolçu gətirir
27.07.2010 - 16:48
“Xəzər-Lənkəran” 4 rumıniyalı futbolçu gətirir
“Xəzər-Lənkəran” dörd rumıniyalı futbolçu gətirir. Apasport.az saytının Rumıniya mətbuatın istinadən məlumatına görə, komandanın yeni baş məşqçisi Mirça Rednik vətənindən tanıdığı oyunçulara müraciət edib.

Ancaq ad açıqlamayan təcrübəli mütəxəssis onları yaxşı tanıdığını deməklə kifayətlənib: “Xəzər-Lənkəran” yaxşı vəziyyətdə deyil. Başa düşürsünüz də, komanda Avroliqada Moldova “Olimpiya”sına uduzub. Ancaq mən klubun sahibləri olan Mübariz və Mais Mənsimovlardan həm mənəvi, həm də dəstək alıram. Kollektivdən 4 futbolçunun xaric etmişəm. Onları yenilər əvəzləyəcək. Təbii ki, bunlar Rumıniyadan olacaq. Onlar mənimlə işləmiş futbolçulardır. Onu deyə bilərəm ki, “Xəzər-Lənkəran”a 4 rumıniyalı futbolçu gələcək”.