İranda 3 azərbaycanlı futbol azarkeş yaralanıb, 1 nəfər tutulub
27.07.2010 - 17:11
İranda 3 azərbaycanlı futbol azarkeş yaralanıb, 1 nəfər tutulub
Bu gün günorta saatlarında Tehrandakı “Azadi” stadionunda yerli “Perspolis” və Təbrizin Traktorsazi” klubunun azarkeşləri arasında toqquşma baş verib. Bu barədə Lent.az-a Güney Azərbaycandakı mənbə məlumat verib.

Məlumata görə, hadisə əvvəlcədən fars şovinistləri tərəfindən azərbaycanlılara qarşı hazırlanmış təxribat əsasında yaşanıb. “Perspolis” tərəfdarları “Traktorsazi”çiləri daşa basıb. Nəticədə 3 nəfər təbrizli – Güney Azərbaycan türkü yaralanıb. Başqa bir azərbaycanlı isə polis tərəfindən həbs olunub.

“Perspolis” - “Traktorsazi“ görüşü Tehranın “Azadi” stadionunda bu gün axşam saatlarında oynanılacaq.

“Traktorsazi“ Güney Azərbaycan türklərinin ən çox azarkeş etdiyi klubdur. Ona hətta Güney Azərbaycanın Milli Komandası da deyilir.