“Visla” braziliyalı müdafiəçisini itirdi
27.07.2010 - 18:12
“Visla” braziliyalı müdafiəçisini itirdi
Avroliqanın III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Visla” ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, ilk oyunlarda komandasına kömək edən Krakov təmsilçisinin braziliyalı müdafiəçisi Kleber məşqdə zədələnib. O, bu gün yenidən komanda ilə hazırlıqda iştirak etmək istəsə də, meydanı vaxtından əvvəl tərk etməli olub. Futbolçunun Qurban Qurbanovun yetirmələrinə qarşı forma geyinib-geyinməyəcəyi axşam keçiriləcək müayinədən sonra bilinəcək.
Qeyd edək ki, “Visla” və “Qarabağ” arasında ilk oyun iyulun 29-də Krakovda keçiriləcək.