Anri problemlə üzləşib
27.07.2010 - 22:06
Anri problemlə üzləşib
"Barselona"dan ayrılandan sonra "Nyu York Red Bulls"a keçən Tyerri Anri media mənsubları, xüsusilə də paparassilərdən bezib. Apasport.az saytının xəbərinə görə, Nyu-York klubu ilə anlaşma imzalayandan sonra reportyorların az qala addım-addım təqib etdikləri 32 yaşlı futbolçu bu günlərdə alış-veriş edəndə də jurnalistləri görəndə sinirlənib. Uzun müddət jurnalistlərlə fotoqrafları aldadıb aradan çıxmağa çalışan Anri bunu bacarmayınca media mənsublarını salamlamaq məcburiyyətində qalıb.