“Turan” yenə uduzdu
28.07.2010 - 11:35
Təlim-məşq toplanışını Gürcüstanda davam etdirən “Turan” artıq 2 yoxlama matçı keçirib. Apasport.az saytının xəbərinə görə, Tovuz təmsilçisi əvvəlcə Sxinvalinin “Spartak” komandası ilə üz-üzə gəlib. Əsasən gənclərdən təşkil edilən Premyer Liqa klubu məğlub olub - 1:2. “Turan”ın heyətində Xəyal Qarayev fərqlənib. Təmsilçimiz dünən Gürcüstanın sonuncu çempionu “Olimpi” ilə üz-üzə gəlib. Oyun qonşu ölkə təmsilçisinin qələbəsi ilə başa çatıb. Fasiləyə qədər qapılara qol vurulmayıb. İkinci hissədə 2 dəfə fərqlənən “Olimpi” meydanı qalib tərk edib.
0
0