“Xəzər-Lənkəran”a kompensasiya ödənilməlidir” - FOTO
28.07.2010 - 11:48
“Xəzər-Lənkəran”a kompensasiya ödənilməlidir” - FOTO
“Simurq” rəhbərliyi ilə danışıqlar davam edir. Ceyhun Sultanovun Zaqatala təmsilçisinin məşqlərində iştirak etməsinə biz icazə vermişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Mövsüm başa çatdıqdan sonra bir neçə futbolçu ilə yollarını ayıran cənub təmsilçisi Ceyhun Sultanovu da transferə çıxardı. Bir vaxtlar yığma komandamızın da formasını geyinən, ancaq Lənkəran klubunda özünü heç də yaxşı tərəfdən göstərə bilməyən yarımmüdafiəçi “Simurq”un məşqlərinə qatılsa da, onun transferi rəsmiləşməyib. Bu keçidin baş tutması üçün “ağ-yaşıllar”a kompensasiya ödəmək lazımdır. Sultanov bu məbləğin 50 min dollar civarında olduğunu açıqlasa da, Tuyqun Nadirov bu haqda danışmaq istəmədi: “Məbləğlə bağlı heç nə demək istəmirəm. Aydın məsələdir ki, onun klubla müqaviləsi olduğu üçün “Xəzər-Lənkəran”a kompensasiya ödənməlidir”.