Berti Foqts “Qarabağ” klubunun futbolçularını yığmaya çağırmadı
28.07.2010 - 12:00
Azərbaycan milli komandasının avqustun 2-dən 5-dək təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Berti Foqts avqustun 11-də Küveytlə Bakıdakı yoldaşlıq görüşü öncəsi bir araya gətirəcəyi futbolçuların adlarını açıqlayıb. Cəmi 17 futbolçuya dəvət göndərən almaniyalı mütəxəssis “Qarabağ”ın futbolçularını milliyə çağırmayıb. Foqtsun onların həmin vaxt Avroliqada Polşanın “Visla” klubu ilə görüşə hazırlaşmasını nəzərə alıb.
Sərəncamında cəmi bir hücumçu olan təcrübəli mütəxəssis toplanışın FİFA-nın pəncərəsində nəzərdə tutulmadığı üçün ölkədən kənarda oynayan futbolçularımız – Mahir Şükürov (“Anji”, Rusiya) və Vaqif Cavadova (“Tvente”, Hollandiya) da dəvət göndərməyib. Avstriyadakı toplanış öncəsi düşərgəyə çağırdığı, ancaq səfərə aparmadığı Araz Abdullayevi qaytaran Foqtsun siyahısında yeganə debütant “Bakı”nın və 21 yaşlılardan ibarət yığmamızın ucaboylu qapıçısı Aqil Məmmədovdur.
Qapıçılar: Kamran Ağayev (“Xəzər-Lənkəran”), Səlahət Ağayev (“İnter”), Aqil Məmmədov (“Bakı”)
Müdafiəçilər: Vladimir Levin (“İnter”), Ruslan Abışov, Rail Məlikov, Ruslan Əmircanov (hamısı “Neftçi”), Vurğun Hüseynov (“Turan”) Elnur Allahverdiyev (“Xəzər-Lənkəran”)
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Aleksandr Çertoqanov, Arif Daşdəmirov (hər ikisi “İnter), Amit Quluzadə, Araz Abdullayev, Cavid Hüseynov (hamısı “Neftçi”), Fabio Luis Ramim (“Bakı”)
Hücumçu: Fərid Quliyev (“Neftçi”)
Mənbə: affa.az

0
0