“Bakı” hazırlıqlara Ramimsiz başladı
28.07.2010 - 12:14
Avroliqanın II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Buduçnost”a qarşı keçirilən oyundan sonra istirahətə buraxılan “Bakı”nın futbolçuları yenidən bir araya gəlib. Apasport.az saytının məlumatına görə, XIX Unibank Premyer Liqasının ilk turu çərçivəsində öz meydanında AZAL ilə qarşılaşacaq Azərbaycan kubokunun sahibi dünəndən qarşıdakı matçın hazırlıqlarına start verib.
Klubun bazasında baş tutan məşq prosesində Fabio Luis Ramim istisna olmaqla, bütün futbolçular iştirak ediblər. Qısa müddətə vətəninə dönən Ramim bu gün düşərgəyə qayıtmalıdır.
Qeyd edək ki, zədədən əziyyət çəkən Elvin Əilyev və Junior Osvaldo Martins də artıq komanda ilə birgə çalışırlar. Yalnız Əziz Quliyevin yüngül zədəsi var.

0
0