“Xəzər-Lənkəran”ın qarşısına qoyduğu məqsədin nə olduğunu bilmirəm”
28.07.2010 - 12:55
“Tibbi baxışdan keçdikdən sonra müqaviləyə imza atdım. Başqa variantlar da var idi. Lakin heç biri buradan aldığım qədər ciddi deyildi. Seçimimdən məmnunam”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun yeni transferi Denis Romanov deyib.
Baş məşqçi postuna Mirça Redniki gətirdikdən sonra transfer çalışmalarını davam etdirən cənub təmsilçisi rumıniyalı mütəxəssisin istəyi ilə latviyalı qapıçı ilə anlaşıb. Ölkəsinin yığmasına da dəvət edilən Romanov “Xəzər-Lənkəran”ı seçməyinin əsas səbəbi kimi Rednikin bu komandanı çalışdırmasını qabardıb: “Burda tanınmış məşqçi Mirça Rednik çalışır. O, Buxarest “Dinamo”sunu çalışdıranda, mən də həmin komandanın düşərgəsində idim. Bizim əla münasibətlərimiz var. Hələlik komandanın qarşısına qoyulan məqsədin nə olduğunu bilmirəm. Çünki klub rəhbərliyi bununla bağlı bizimlə söhbət eləməyib. Ancaq “Xəzər-Lənkəran”ın Azərbaycanın iddialı klublarından biri olduğunu bilirəm”.
Qeyd edək ki, Romanov “Xəzər-Lənkəran”la 2 illik müqavilə bağlayıb.

0
0