Türk klubu azərbaycanlı futbolçu axtarır
28.07.2010 - 17:32
Türkiyənin “Qaziantep Böyükşəhir Bələdiyyəspor” klubu azərbaycanlı futbolçu ilə maraqlanır. Apasport.az saytının məlumatına görə, Banks Asiya I liqada çıxış edən klubun prezidenti Ünsal Göksən məşqçilər heyətinin istəyi əsasında bir-iki futbolçu üçün transfer çalışmalarını apardıqlarını bildirib. O bildirib ki, namizədlər arasında azərbaycanlı da var: “Məqsədimiz Bolu toplanışında biri hücumçu olmaqla, iki futbolçunu heyətimizə daxil etməkdir. Ancaq bunda tələsmirik. Vaxtımız var, alacaq futbolçuların həqiqətən də komandaya yararlı isimlər olmasını istəyirik. Bu arada adını açıqlamaq istəmədiyim azərbaycanlı bir əcnəbi futbolçunu da sınadıq. Əgər anlaşa bilsək, bu futbolunu heyətimizə qatacağıq”.
Qeyd edək ki, Bakının “Neftçi” Türkiyədə sonuncu yoxlama oyununu bu gün “Qaziantep Böyükşəhir Bələdiyyəspor”la keçirəcək.
Qeyd edək ki, Bakının “Neftçi” Türkiyədə sonuncu yoxlama oyununu bu gün “Qaziantep Böyükşəhir Bələdiyyəspor”la keçirəcək.
0
0