Qurban Qurbanov 1-ci, komandası 2-ci
06.08.2010 - 14:08
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov avrokuboklarda qələbələrini sıralamaqda davam edir. Apasport.az saytının məlumatına görə, 38 yaşlı çalışdırıcının 2007-ci ildən özünü sınadığı qitə miqyaslı turnirlərdə artıq 8 qələbəsi var.
İlk qələbəsinə məşqçi kimi debüt etdiyi “Neftçi”də qazanan Qurbanov digərlərin son iki ildə rəhbərlik etdiyi komanda ilə sahib çıxıb. Özü də evdə yenilməz olan gənc çalışdırıcı hər iki məğlubiyyətini səfərdə (Avstriyada “Rid”ə və Hollandiyada “Tvente”yə 1:3) alıb.
Qurbanov qələbələrinin sayını artırmaqla, həmkarları üçün daha da əlçatmaz olur.
Belə ki, izləyicilərinin bir çoxu məşqçilikdən kənarda qalan Qurbanovun daha bir rekordu hələlik qırılmaz qalır. Məsələ ondadır ki, o futbolçu kimi vurduğu 14 qolla indiyədək Azərbaycan yığmasının ən məhsuldar hücumçusudur.
“Qarabağ” isə avrokuboklarda qələbəyə sayına görə yalnız “Neftçi”dən geridə qalır. “Ağ-qaralar” 10 qələbə ilə liderliyini qoruyur. “Qarabağ”ın isə hesabında artıq 8 qələbə var və prinsipial rəqibin göstəricisini təkrarlamağa az qalıb.
Ağdamlılar qalibiyyətlərindən yalnız birini Qurbanovsuz qazanıb. Bu, 1999-cu ildə İntertoto kubokunda İsrailin “Makkabi” klubu üzərində səfərdəki tarixi qələbədir – 2:1. “Qarabağ” həmin birinci qələbəsi sayəsində avrokuboklarda ilk mərhələyə adlayan komandamıza oldu.
Azərbaycan klublarının avrokuboklardakı qələbə qazanan baş məşqçiləri
1. Qurban Qurbanov – 8 (“Neftçi” – 1, “Qarabağ” - 7)
2-3. Ağasəlim Mircavadov (“Şəmkir” – 1, “Neftçi” - 3), Böyükağa Ağayev (“Qarabağ” – 1, “Xəzər Universiteti” - 3) - 4
4. Anatoli Demyanenko (Ukrayna, “Neftçi”) – 3
5-6. Kazbek Tuayev (“Neftçi”), Yunis Hüseynov (“Karvan”) - 2
7-14. Mehman Allahverdiyev (“Kəpəz”), Nadir Qasımov (“Bakı fəhləsi”), Asəf Namazov (“Neftçi”), İqor Nakoneçnı (Ukrayna, “MKT-Araz”), Əsgər Abdullayev, Böyükağa Hacıyev, Qyoko Hacıyevski (Makedoniya), Vinfred Şafer (Almaniya, hamısı “Bakı”) – 1
Mehman SÜLEYMANOV

0
0