Rəşad Sadıqov: Foqtsdan “Borussiya” ilə bağlı məsləhət almayacam
06.08.2010 - 18:04
“Püşkdən öncə həmişə olduğu kimi, Allaha ümid edirdim. Mən özüm üçün rəqib seçmirdim”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanı Avroliqada təmsil edən Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib. Püşk turnirin qrup mərhələsinə düşməyə çalışan komandamızı Dortmundun “Borussiya” klubu ilə üz-üzə qoydu. Sadıqov güclü rəqiblə görüş haqda hələ düşünməməyi üstün tutur: “Polşanın “Visla” klubu ilə cavab oyunundan sonra hələ ki, istirahət edib, ilk turda “Neftçi” ilə görüş haqda düşünürük. Bundan sonra avqustun 11-də yığmamızın heyətində Küveyt millisi ilə Bakıda yoldaşlıq görüşümüz var. İndi bütün diqqətimizi həmin oyunlara yönəltmişik. Yalnız bundan sonra “Borussiya” ilə oyun haqda fikirləşəcəyik. İndi rəqibimiz haqda yalnız məlumatım bir neçə gün öncə İngiltərənin “Mançester Siti” komandasına 3:1 hesabı ilə qalib gəlməsindən ibarətdir. Əlbəttə, “Borussiya” güclü komandadır. Ancaq digər tərəfdən, pley-off mərhələsində zəif komanda ilə düşməyəcəyimizi bilirdik. Ötən il də Hollandiyanın “Tvente” komandası ilə düşmüşdük. Düzdür, Bolqarıstanın “Levski” klubu ilə də düşə bilərdik. Ancaq püşk elədir ki, burada rəqibi seçmirsən”.
“Qarabağ”ın “Borussiya” ilə düşməsi yığmamızın almaniyalı çalışdırıcısı Berti Foqts amilinə də marağı artırıb. Foqts “Qarabağ”ın rəqibini çox yaxşı tanıyır. Maraqlıdır, millimizin kapitanı olan Sadıqovun “Borussiya” ilə bağlı Foqtsdan məsləhət almaq fikri varmı? “Belə bir fikrim yoxdur. Mən ilk növbədə Allaha ümid edirəm. Digər potensial rəqiblərimizdən “Liverpul”, yaxud “Seltik” - hamısı təxminən eyni səviyyəli güclü komandadır. “Borussiya” ilə görüşlərdə layiqli oyun göstərməyə çalışacağıq”.
Mehman SÜLEYMANOV

0
0