Arif Əsədov Emil Mpenzanı sabah meydana buraxacaq
06.08.2010 - 23:00
Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi
- Komandanızı mövsümə nə dərəcədə hazır sayırsınız?
- Üç mərhələli təlim-məşq toplanışı keçmişik. Bakıda və Avstriyada əsasən fiziki hazırlığa fikir vermişdiksə, Boluda taktiki-texniki çalışmalara geniş yer ayırmışdıq. İstəyirdik ki, heyətin formalaşdırılmasını vaxtında başa çatdıraq. Ümumi götürəndə, hazırlıq prosesi normal keçdi. İlk turlarda meydana buraxacağım əsas heyəti 70-80 faiz müəyyənləşdirmişəm. Oynadığımız yoxlama görüşləri də normal idi. İki dəfə qalib gəlib, birində uduzduq. İlk iki oyunda nəticəyə önəm verirdik ki, futbolçular qələbədən ruhlanıb, özünəinam hissini artırsınlar. "Girəsunspor"la görüşdə isə bəzi futbolçuların nəyə qadir olmasını birdəfəlik görmək istəyirdim. Birinci hissədə hesabı açmışdıq, fasilədə heyətin 70 faizini dəyişdim ki, onlara baxım. Oyuna qoşula bilənlər də oldu, bilməyənlər də. Bu da nəticəyə təsir elədi.
- Adətən çempionat ərəfəsində əksər baş məşqçilər bildirir ki, komandaları yarışa 100 faiz hazır olmur. Sizdə bu mənada vəziyyət necədir?
- Heç vaxt ideal nə isə olmur. Bilirsiniz ki, yeni komanda yığmışıq. 70-80 faiz təzə gələnlərdir. Bu prosesi həyata keçirmək çətindir. Bu gün 100 faiz hazırıq deməsəm də, komandam ilk turlarda istənilən nəticəni qazanmağa qadirdir.
- Premyer Liqanın təqvimi barədə nə düşünürsünüz? Avroliqada uğurlu qrafik cızan "Qarabağ"la ilk turda qarşılaşacaqsınız...
- Səmimi sözümdür, "Qarabağ" və Qurban Qurbanova görə çox sevindim. Avropada üç mərhələ keçmək böyük uğurdur. "Qarabağ"ın başında dayanan məşqçi də, futbolçuları da azərbaycanlıdır. Qurban müəllimin nəticələrinə söz ola bilməz. Onu təbrik edirəm. Azərbaycan məşqçilərinin, futbolçularının adını yüksəkdə tutdular. Keçirdikləri oyunlara baxmışam, "Visla"ya qarşı lap əla mübarizə apardılar. Göstərdilər ki, bizim klublar heç də üstünlüyü əcnəbilərə verməməlidir. Əlbəttə, hamı istəyər ki, ilk turlarda rəqibi münasib olsun. O biri tərəfdən, onsuz da hamısı ilə bir-bir oynayacağıq. Fərqi yoxdur, istər güclüsü, istər zəifi ilə. Bu gün güclünü zəifdən ayırmamalıyıq. "Qarabağ"ın Avroliqada çıxışı bu komanda haqda mənim ümumi fikrimi daha da qətiləşdirib, konkretləşdirib. İki ildir formalaşmış kollektivi var. Avroliqa oyunları göstərir ki, onlarda oyun üslubu, futbolçular arasında anlaşma get-gedə daha da yaxşılaşır. "Qarabağ" hazırda yüksəlişdədir. Bizim üçün bu əlavə bir motivasiyadır ki, ilk turda Azərbaycanın bəlkə də ən yaxşı komandasına qarşı oynayacağıq. Futbolçularımız üçün stimul yaranıb ki, görək biz nəyə qadirik.
- Emil Mpenza artıq klubun düşərgəsindədir. Məşqlərdə necə təsir bağışlayır?
- Bakıya gəldiyi gün yorğun olmasına baxmayaraq, bazada məşqi izlədi. Səhəri gün isə ilk məşqinə çıxdı. Mpenzanın xüsusi təqdimata ehtiyacı yoxdur. Ulduz futbolçudur, uzun illərdir Belçika yığmasının formasını geyinir. Bütün Avropa onu yaxşı tanıyır. Səviyyəli hücumçudur ki, tanınmış klubların heyətində çıxış edib. Ondan gözlədiklərimiz böyükdür. Mpenzanın gəlişi cavan futbolçularımız üçün yaxşıdır. Qoy, ona baxıb nə isə götürsünlər. Komandanın gücünü və özünəinam hissini artırmaq üçün belə təcrübəli, məşhur futbolçular lazımdır.
- Onu "Qarabağ"la matçda meydana buraxacaqsınız?
- Adını ilk "18-liy"ə salacağam. Yəqin ki, istifadə edəcəyəm. Hələlik bundan artıq heç nə demək istəmirəm. Testdən keçib, vəziyyəti yaxşıdır.
- Mövsümlərarası fasilədə xeyli futbolçunun söz-söhbəti getsə də, əsasən makedoniyalı və braziliyalı legionerlərə üstünlük verdiniz. Transferlər tamamilə istədiyiniz kimi oldumu?
- Biz bu işlərə ötən çempionat gedə-gedə başlamışdıq. Nümayəndələrimiz Braziliyada oldu, sonra özüm də Avstriyaya gedib, millinin rəqibləri ilə keçirdiyi yoxlama görüşlərini izlədim. Bu futbolçuları canlı izləyəndən sonra götürmüşük. Ona görə, mənə elə gəlir ki, elə bir səhv buraxmamışıq. İqor Mitreskinin mövqeyinə əvvəl Saşa Yunisoğlu ilə danışmışdıq. Razılıq vermişdi, sonra arada narazılıq oldu, iş alınmadı. Bizimkilər Braziliyada baxdıqları futbolçuların kasetlərini gətirmişdilər, onları da izlədim.
- Deməli, bütün transferlərdən razısınız?
- Bəli.
- A və digər seriyalardan gələn futbolçular Braziliyada çox da güclü olmayan klubların təmsilçiləridir. Onlar hədəfi çempion olmaq, Avropada ciddi uğur qazanmaq istəyən "Neftçi"nin gücünə güc qata biləcəklər?
- Denis Silvanı "Xəzər-Lənkəran"dan yaxşı tanıyırsınız, səviyyəsinə bələdsiniz. Flavinyo ilə Alessandro da çıxış etdikləri klubun liderlərindən olublar. Flavinyonu bizə birdəfəlik verməyiblər. İcarə əsasında 1 il "Neftçi"nin şərəfini qoruyacaq. O, klubuna da lazımdır. İngiltərə və İspaniya kimi ölkələrdə oynayan tanınmış futbolçuları bura gətirmək çətindir. Elə futbolçular seçmişik ki, səviyyəsinə görə bizim çempionata rəng qatsınlar. Bahodur Nasimovu da "Rubin"dən 1 illiyə icarəyə götürmüşük. Martins gələndən sonra Nasimovun "Rubin"də əsas heyətə düşməsinə şans qalmayıb. Praktika torlamaq üçün bura gəlib. Bir neçə yoxlama oyununa çıxdı, bəyəndik. Bizə kömək eləyə bilər. Onu rəhbərlik bilər, ola bilər ki, özbək hücumçunu Kazan klubundan birdəfəlik alaq. Mən U-19-da işləyəndə də demişdim ki, oyunun taleyini həll edə bilən, çətin anda məsuliyyət altına girən hücumçuya hər məşqçinin ehtiyacı var. Nasimovda o xarakteri mən görürəm. Son 4 oyunda qol vurub. Keçən çempionatın "altılıq" oyunları da göstərdi ki, hə, orta xətt işləyir, tor qabağa gedir, ancaq qol vuran səviyyəli hücumçu yoxdur. Qol vurmasaq, qalib gələ bilmərik. Bahodurun vurduğu qollarla yoldaşlıq oyunlarında yaxşı nəticə qazanmışıq.
- O gələndən sonra Fərid Quliyev əsas heyətə düşmür. "Standard"dan aldığınız hücumçu bu rəqabətə hazır deyil?
- Fərid çempionatda bombardir oldu, milliyə oynadı. Onda bütün bunları görüb, "Neftçi"yə gətirdim. İlk söhbətdə də ona dedim ki, yaxşı hazırlaş, elə edəcəyik, hər mövqedə minimum iki nəfər rəqabət yaranacaq və kim bu şansdan yararlanacaqsa, o da əsas heyətdə oynayacaq. Hələ digər hücumçular gəlməmişdi, o şansı mən Avstriyada Fəridə verdim. Mənə nə lazımdır, hücumçu çıxıb qol vursun. Nasimov bunu hər oyunda edirsə, deməli, güclüdür. Ancaq demək olmaz ki, Fərid özünü göstərməyə şans qazanmayacaq. İstedadlı uşaqdır. Komandada 25 nəfər var, onların 11-i əsas heyətdə oynamalıdır. Ola bilər, 2-3 turdan sonra Bahodur ehtiyatda qaldı, Fərid meydana çıxdı. Hər ikisi ciddi hazırlaşmalıdır.
- Berti Foqts çempionat öncəsi 7 futbolçunuzu millinin təlim-məşq toplanışına apardı. Bu, ilk turda sizə problem yaratmayacaq?
- Narahatlıq keçirməyə dəyməz. Bütün klub məşqçiləri Milli üçün çalışır. "Neftçi" üçün fəxrdir ki, 7 futbolçusu yığmaya dəvət olunub. Hazırda bizim klubdan millilərə 17 futbolçu gedir. Slavço Georgiyevski ilə İqor Mitreski Makedoniyanı, Paulius Qribauskas Litvanı təmsil edir. Yeddi gənc oyunçumuz da ölkəmizin aşağı yaş qrupları üzrə yığmalarına dəvət olunub. Məncə, "Neftçi" əsas millidə daha artıq futbolçu ilə təmsil oluna bilər. Rəşad Abdullayev son vaxtlar əla formadadır. Ona da şans verilə bilər. Mirhüseyn Seyidovu axır yoldaşlıq görüşlərində əsas heyətə buraxmışam. Göz dəyməsin, əla təsir bağışlayır.
- "Qarabağ"ın heyətində bir neçə gənc var ki, vaxtilə sizin rəhbərliyiniz altında U-19-un formasını geyinib. Onları yenidən sərəncamınızda görmək istərdiniz?
- Əlbəttə. Ümumiyyətlə, mən gənclərlə işləməkdən zövq alıram.
- Ağdamlıların müdafiəçisi Rəşad Sadıqov bildirmişdi ki, Arif Əsədovu onu dəvət etsəydi, "Qarabağ"dan "Neftçi"yə qayıdardı.
- Onun fikri ilə tanışam. Bilirsiniz, Qurban Qurbanovla onun münasibətləri çox yaxındır. Avrokuboklara gedən komandadan futbolçu götürmək o deməkdir ki, sən onları zəiflədirsən. Rəşadla istənilən məşqçi işləmək istəyir. Həmçinin mən. "Qarabağ"ın başqa futbolçuları da var ki, alınmasına razı olardım. Sadəcə, indi dediyim səbəbə görə onu və digərlərini "Qarabağ"dan ayırmaq istəmədim.
- Ötən mövsüm başa çatan kimi, 10-a yaxın legioneri düşərgədən uzaqlaşdırdınız. Onların hansısa birinin yeri görünürmü?
- Gedənlərə əvvəlcədən xəbərdarlıq eləmişdik ki, özünüzü göstərməsəniz, qalmayacaqsınız. Verilən şansdan istifadə eləmədilər. Yerləri görünsəydi, bu gün də onları komandada saxlamışdım. Yoze Karlosu da icarəyə verəcəyik. Braziliyalı yenə əvəzedici kimi meydana çıxacaqsa, onu göndərib gənclərin yolunu açaram.
- Premyer Liqa iştirakçıları arasında sürpriz isim görürsüzmü?
- Yeni gələnlərdən ola bilər - "Gəncə" və MOİK. Bu çempionat çox maraqlı keçəcək. "Simurq" strategiyasını dəyişib, "Qəbələ" artıq iddialıdır. Mən onlardan bu ildə də yaxşı çıxış gözləyirəm. Favoritlər də bəllidir. Dörd-beş turdan sonra bilinəcək ki, hansı komandanın gücü nəyə çatır. Sadıq müəllimə təşəkkür edirəm ki, "Neftçi" kimi böyük klubu mənə tapşırıb. Bu, ciddi məsuliyyətdir və yükü çəkmək üçün hər şey edəcəyəm. Prezidentimiz bu günədək mənə hər cür dəstək verib və bilirəm ki, göstərəcəyimiz oyunla, qazanacağımız nəticələrlə onu da, azarkeşlərimizi də sevindirəcəyik.

0
0