Vaqif Cavadovun komandası xal itirdi
07.08.2010 - 01:17
Vaqif Cavadovun komandası xal itirdi
Hollandiya çempionatında yeni mövsümün startı verilib. Apasport.az saytının məlumatına görə, ilk turun açılış matçı son çempion “Tvente”nin iştirakı ilə keçirilib.

Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Enshede təmsilçisi səfərdə “Roda” ilə qarşılaşıb. Kerkradedə baş tutan oyunda qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, “Tvente”nin baş məşqçisi Mişel Pryudom 21 yaşlı hücumçumuzu adını bu görüşün “18-liy”inə daxil etməyə layiq bilməmişdi. Bununla da yanvardan Hollandiyada olan Vaqifin əsas komandadakı rəsmi debütü növbəti dəfə təxirə salınıb.