Subaşiç baş məşqçisini itirdi
07.08.2010 - 08:50
Subaşiç baş məşqçisini itirdi
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiçin çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” klubu baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatıma görə, Belqrad təmsilçisi Ratko Dostaniçlə yollarını ayırıb. Buna komandanın Avropa Liqasında mübarizəni dayandırması səbəb olub.

III təsnifat mərhələsində Slovakiyanın “Slovan klubu ilə görüşən “Srvena Zvezdanın mərhələ adlaya bilməməyi Dostaniçə postu bahasına başa gəlib. Belə ki, ilk görüşdə 1:2 hesabı ilə uduzan serbiyalılar cavab oyununda bunun əvəzini çıxa bilməyib – 1:1. Bu da martdan baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssisin istefasına səbəb olub. “Srvena Zvezda”nın yeni baş məşqçisinin adı bu günlərdə açıqlanmalıdır.

Qeyd edək ki, Branimir yalnız cavab matçıın iştirakçısı olub. 28 yaşlı hücumçu 81-ci dəqiqədə meydana daxil olub.