Berti Foqts almaniyalılara mesaj göndərdi
07.08.2010 - 09:31
Berti Foqts almaniyalılara mesaj göndərdi
“Qarabağ”ın “Borussiya” ilə oyunlarını səbirsizliklə gözləyirəm. Hər iki matç mənim üçün böyük maraq kəsb edir”. Apaspor.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts deyib. 63 yaşlı mütəxəssis Avropa Liqasının IV təsnifat mərhələsinin püşkatmasından sonra Almaniya mətbuatına açıqlama verib.

Foqts həmyerlilərini mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın Almaniyanın “Borussiya” klubu ilə Bakıdakı cavab görüşünə çağırıb: “Qarabağ” rəqiblərini ölkənin paytaxtı Bakıda qəbul edir. “Borussiya” azarkeşlərinin oraya böyük kütlə ilə axışacağına ümid edirəm. Siz orada olsanız elə biləcəksiniz ki, İtaliyadasınız. Hətta pivə də çox dadlıdır”.

Qeyd edək ki, IV təsnifat mərhələsinin oyunları avqustun 19-u və 26-da keçiriləcək.