“Borussiya”nın prezidenti: Azərbaycan milli komandası böyük tərəqqiyə nail olub
07.08.2010 - 10:09
“Mən artıq bir dəfə Bakıda olmuşam. Ötən il Almaniya milli komandasının Azərbaycan yığması ilə oyununu izləmək üçün ora getmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun prezidenti Reynhart Rauball deyib. Avropa Liqasının IV təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə görüşəcək Dortmund təmsilçisinin rəhbəri qarşıdakı oyunlarla bağlı fikirlərini açıqlayıb: “Berti Foqtsun rəhbərliyi altında Azərbaycan milli komandası böyük tərəqqiyə nail olub. Ağdamın “Qarabağ” klubuna gəlincə, düşünürəm ki, bu komandaya qarşı oyunlarda vəzifəmizin öhdəsindən gələ bilərik. Sadəcə, meydana çıxıb məsələni həll etməliyik”.
0
0