Sebastyan Kel: Avroliqada uzun yol qət etmək niyyətindəyik
07.08.2010 - 10:45
Sebastyan Kel: Avroliqada uzun yol qət etmək niyyətindəyik
“Ağdamın “Qarabağ” komandası? Mən bunun üçün öncə xəritəyə baxmalıyam. Çünki bu şəhər və komanda barədə heç bir məlumatım yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun kapitanı Sebastyan Kel deyib.

Avroliqanın pley-off mərhələsinin püşkatmasına münasibət bildirən Kel yalnız qrup mərhələsi haqqında fikirləşdiklərini və buna nail olmaq üçün bütün güclərini səfərbər edəcəklərini vurğulayıb: “Rəqib barəsində ətraflı məlumat toplayacağıq. Amma bizi “Qarabağ”la oyunda yalnız qələbə qane edəcək. Avroliqada uzun yol qət etmək niyyətindəyik. Bunun üçün isə öncə qrup mərhələsinə vəsiqə qazanmalıyıq”.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da keçiriləcək.