Hans-Yoahim Vatzke: “Qarabağ”ı asan keçəcəyimizi demək olmaz
07.08.2010 - 11:07
“Rəqibimizi ciddi dəyərləndirməliyik. Onları heç də asan keçəcəyimizi demək olmaz. Çünki azərbaycanlılar kifayət qədər güclü olan “Visla”nı hər iki oyunda məğlub edərək, nəyə qadir olduğunu göstəriblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Borussiya” klubunun idarə heyətinin sədri Hans-Yoahim Vatzke deyib.
Avroliqanın pley-off mərhələsində “Qarabağ”ın rəqibi olacaq Dortmund təmsilçisini asan oyun gözləmir. Vatzke bildirib ki, Qurban Qurbanovun yetirmələrini düzgün qiymətləndirməsələr, bu, onlara baha başa gələ bilər: “Rəqib barəsində demək olar ki, hələ heç bir məlumata malik deyilik. Sadəcə, ilk 3 mərhələdəki qarşılaşmalarında qeydə alınan nəticələrdən xəbərimiz var. Amma tezliklə onların oyunlarını analiz edəcəyik. Bundan sonra ətraflı danışmaq olar. “Qarabağ”ı düzgün qiymətləndirməliyik. Əks halda, bu bizə baha başa gələ bilər”.
Qeyd edək ki, “Qarabağ” “Borussiya” ilə ilk oyunu avqustun 19-da səfərdə keçirəcək.

0
0