Mixael Sork: Biz Avropa Liqasının qrup mərhələsindəyik
07.08.2010 - 11:28
“Biz Ağdamın “Qarabağ” klubu ilə bağlı əlimizə keçən hər məlumatı toplayacağıq. Bunların hamısını təhlil edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun idman direktoru Mixael Sork deyib.
Avropa Liqasının IV təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə görüşəcək Dortmund təmsilçisinin rəsmisi komandasını bu matçlarda favorit sayır: “Xəzər dənizi sahilinə yolun uzaq və çətin olması faktdır. Lakin bu bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Biz Avropa Liqasının qrup mərhələsindəyik”. ”
Qeyd edək ki, Almaniya milli komandasının sabiq futbolçusu olan Sork karyerası boyu yalnız bir klubda – “Borussiiya”da çıxış edib. O, 1981-1998-ci illərdə indi çalışdığı komandanın şərəfini qporuyub.

0
0