Uesli Sneyderlə Patrik Kluyverti soydular
07.08.2010 - 11:39
İspaniyanın İbiza adasında istirahət edən hollandiyalı futbolçular xoşagəlməz hadisə ilə üzləşiblər. Apasport.az saytının məlumatına görə, “narıncılar”ın hücumçusu Uesli Sneyder və sabiq futbolçusu Patrik Kluyvertin 70 min avroluq əşyaları və pulları oğurlanıb.
Hadisə “İnter”də forma geyinən Sneyderin evində baş verib. Belə ki, oğrular onların evdən çıxdıqlarını görərək bəd əməllərini həyata keçiriblər.
Qeyd edək ki, futbolçular oğurluqla bağlı yerli polis idarəsinə məlumat veriblər, hadisə ilə bağlı cinayət işi açılıb.

0
0