Küveyt yığması millimizlə oyunun hazırlığına başladı
07.08.2010 - 13:08
Avqustun 11-də keçiriləcək yoldaşlıq oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq Küveyt yığması hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis Qoran Tufedjiç bu gün bir araya gələn yetirmələrini Bakı səfəri ərəfəsində təlim-məşq toplanışına yığıb. Millimizlə oyunun hazırlıqlarına 22 futbolçu dəvət edən baş məşqçi komandaya yalnız Küveyt klublarında oynayan futbolçuları dəvət edib.
Tufedjiç yığmamızla oyunda Nada Anzi, Fadel Əli Hüseyn, Məhəmməd Rəşid, Saleh Əl-Şeyx, Tələl Əl-Əhməd Ömər, Əhməd Bədr Əl-Mütva, Həməd Taif Enazi (hamısı “Əl-Qüdsiyyə”), Fəhəd Əl-Şahin, Tahir Abdulla Yaqub, Valid Əli Qomaa, Məhəmməd Ateveqi, Xalid Əl-Əzmi (hamısı “Əl-Küveyt”), Xalid Matar Xələf, Abdulla Mustafa Əl-Şəməli, Əli Əhməd Almqosəid, Əhməd Səəd Əl-Rəşid (hamısı “Əl-Ərəbi”), Xalid Məhəmməd Əl-Rəşid (“Sulibihat”), Fəhd Saleh Anzi (“Kadma”), Sayed Həməd Qallaf (“Əl-Salmiyə”), Tələl Naif Anzi (“Əl-Nəsr”), Xalid Əli Naur Əl Qətəni və Adel Hammud Şammariyə (hər ikisi “Əl-Cəhra”) güvənəcək.
Qeyd edək ki, avqustun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Küveyt oyunu saat 21:00-da başlayacaq.

0
0