Qallas ““Fənərbaxça”ya gəlir
07.08.2010 - 13:29
Qallas ““Fənərbaxça”ya gəlir
İstanbulun “Fənərbaxça” klubu növbəti transferini reallaşdırmaq üzrədir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, “sarı-lacivərdlilər” Fransa yığmasının sabiq kapitanı Uilliam Qallasla 2 illik müqavilə bağlamağa hazırlaşır. “Arsenal”dan sərbəst buraxılan futbolçu Türkiyədə ilinə 2 milyon 750 min avro qazanacaq.

Qeyd edək ki, “Fənərbaxça” prezidenti Əziz Yıldırım bu transferi həyata keçirdikdən sonra klubun aparıcı üzvü Luqanoya qapını göstərməyi planlaşdırır. Buna səbəb uruqvaylı futbolçunun Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə “zədəliyəm” deyərək meydana çıxmaması olub. Onun sonradan “zədəli-zədəli” yığma komandasının yoldaşlıq matçında iştirak etmək üçün vətəninə yollanması isə rəhbərliyin səbir kasasını doldurub.