Qurbanov “Rapid”ə qarşı
07.08.2010 - 14:06
Qurbanov “Rapid”ə qarşı
Türkiyənin “Mersin İdman Yurdu” klubu Avstriya toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığma komandasının sabiq futbolçuları İlqar Qurbanov və Ernani Pereyranın şərəfini qoruduğu Bank Asiya təmsilçisi hazırlıq çərçivəsinin son yoxlama oyununu sülhlə başa vurub. Vyananın “Rapid” komandası ilə qarşılaşan “Mersin İdman Yurdu” fərqlənə bilməsə də, öz qapısını da toxunulmaz saxlayıb.

Qeyd edək ki, həmyerlilərimizin komandası növbəti sınaq görüşünü Türkiyədə keçirəcəklər. Rəqib Suriya millisi olacaq.