Runi Kapellonu qəzəbləndirib - FOTO
07.08.2010 - 14:30
İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapello “Mançester Yunayted” klubunun futbolçusu Ueyn Runinin davranışından qəzəblənib.
Lent.az-ın məlumatına görə, “The Sun” nəşri 24 yaşlı hücumçunun Mançesterdəki gecə klubunda siqaret çəkən vəziyyətdə fotolarını dərc edib. İngiltərə Futbol Assosiasiyasından bildiriblər ki, italiyalı mütəxəssis Runinin fotolarından narazı qalıb. O, futbolçunun hərəkətini yolverilməz sayıb: “Bu şəkil bütün İngiltərə futbolunun imicini korlayır. Onu bütün dünya görüb”.
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson da Runinin siqaretlə şəklindən xəbər tutub. Onun reaksiyası məlum olmasa da, məzuniyyətdən yenicə qayıdan yetirməsinin hazırlıq prosesindən narazı qaldığı bildirilir.
Qeyd edək ki, “Mançester Yunayted” iyulun 8-də İngiltərə Superkuboku uğrunda matçda “Çelsi” ilə üz-üzə gələcək.

0
0