Premyer Liqanın mərkəzi oyun “Lider”də
07.08.2010 - 16:37
Premyer Liqanın mərkəzi oyun “Lider”də
Unibank Premyer Liqasının I turunun mərkəzi oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, televiziya tamaşaçıları sabah keçiriləcək "Neftçi" - "Qarabağ" qarşılaşmasını izləmək imkanı qazanacaq. Təkcə turun deyil, ümumilikdə Premyer Liqanın bəzyi sayılan matçlar sırasında olan bu görüş “lider” kanalı ilə göstəriləcək. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” və “Qarabağ” bütün ölkə çempionatları ərzində güclülər dəstəsində oynamış komandalardandır. Bu iki klubdan başqa yalnız “Turan” buna nail olub.