“Qəbələ”nin ev oyunları “Lider” TV-də
07.08.2010 - 23:04
“Qəbələ”nin ev oyunları “Lider” TV-də
“Qəbələ” klubunun cari mövsümdə keçirəcəyi ev oyunları canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, Toni Adamsın yetirmələrinin öz meydanındakı çempionat və kubok qarşılaşmalarının yayım hüququna “Lider” televiziyası sahib çıxıb. Qəbələlilərlə anlaşan şirkət klubun 2010/11 mövsümündəki matçlarını nümayiş etdirəcək.

Qeyd edək ki, “Qəbələ”yə qədər “Neftçi” klubu da məhz “Lider” TV ilə anlaşmışdı. Bakılıların sabah “Qarabağ”a qarşı keçirəcəyi matç da bu kanalda yayımlanacaq.