“Qalatasaray”dan 5 milyon avroluq transfer
07.08.2010 - 23:21
Türkiyənin “Qalatasaray” klubu növbəti transferini reallaşdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, neçə vaxtdır braziliyalı Julio Baptistanı heyətinə qatmaq istəyən İstanbul təmsilçisi onun məxsus olduğu “Roma” klubu ilə danışıqları yekunlaşdırıb. İtaliya təmsilçisi hücuma meylli oyunçusunu 5 milyon avro qarşılığında buraxmağa razılıq gəlib. Razılığa gələn tərəflər arasında müqavilə yaxın günlərdə imzalanmalıdır.
0
0