Mahir Şükürov dilinin bəlasına düşdü
07.08.2010 - 23:17
Rusiya çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Mahaçqalanın “Anji” klubu “Amkar”la qarşılaşıb.
Dağıstanlılar bu görüşdə minimal hesablı qələbə qazana biliblər. Josanın 44-cü dəqiqədə penaltidən vurduğu qol Mahirin komandasına 3 xal qazandırıb.
Həmişə olduğu kimi yenə start heyətində yer alan 28 yaşlı müdafiəçimiz matçı əvəzlənmədən keçirib. Şükürov “fərqlənməyə” də imkan tapıb. O, 63-cü dəqiqədə sarı vərəqəylə cəzalanıb. Ehtiyat oyunçular skamyasının yaxınlığından aut atmalı olan həmyerlimiz əlinə düşən imkandan istifadə etmək qərarına gəlib. Məşqçisi Akayevlə söhbət etməyi lazım bilən Mahir həm də su içməyə başlayıb. Elə bunu görən baş hakim ona sarı vərəqə göstərib.

0
0