Rednik: Qazanılan bu qələbədə azarkeşlərin də payı var
07.08.2010 - 23:03
Rednik: Qazanılan bu qələbədə azarkeşlərin də payı var
"Mövsümün ilk matçında komandamız əzmkar oyun nümayiş etdirdi. Sona qədər mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik deyib.

Unibank Premyer Liqasının ilk turunda “Qəbələ” ilə qarşılaşan cənubluların rumıniyalı çalışdırıcısı 1:0 hesablı qələbədən razı qalıb. O, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında 3 xalın əldə olunmasında azarkeş dəstəyinin rolunu vurğulayıb: “Doğma meydanda qələbə bizim üçün çox vacib idi. Bu 3 xalın əldə olunmasında "Xəzər Lənkəran" azarkeşlərinin də payı var. Bir sıra futbolçularımızın transfer vərəqələri hələ gəlməyib. Bunun üçün onlar bu gün oynaya bilmədilər".

Qeyd edək ki, lənkəranlıların qələbə qolunu Elvin Beciri vurub.