Toni Adams yetirmələrindən razı qalıb
07.08.2010 - 23:00
Toni Adams yetirmələrindən razı qalıb
"Komandamızın “Xəzər Lənkəran”a məğlub olmasına baxmayaraq, futbolçularımızdan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri"Qəbələ" klubunun baş məşqçisi Toni Adams deyib.

İngiltərə futbolunun əfsanəsi Unibank Premyer Liqasının I turunun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayıb. Adams oyun sonrası mətbuat konfransında 0:1 hesablı məğlubiyyətdən daha çox yetirmələrinin tapşırıqları necə yerinə yetirməsindən danışıb: “Mövsümdə ilk rəsmi oyunumuz idi. Buna baxmayaraq futbolçularımız verdiyim tapşırıqların çoxunu yerinə yetirdilər. "Xəzər Lənkəran"ı qələbə münasibəti ilə təbrik edirəm".

Qeuyd edək ki, bu Adamsın Azərbaycanda rəsmi debüt oyunu idi.